Menu

Dərslər sentyabrın 1-dən başlayacaq? - Emin Əmrullayev danışdı

31.07.2022, 17:35
Dərslər sentyabrın 1-dən başlayacaq? - Emin Əmrullayev danışdı

"Hamının bizə nümunə göstərdiyi Sinqapur modelində təhsil həftələrində sayı 44 həftədir. Bizdə isə bu rəqəm 36 həftədir. Bu həftələrin sayının çoxaldılması yaxşı olardı".

Bu sözləri təhsil naziri Emin Əmrullayev deyib. O, dərslərin sentyabrın 1-dın başlaması ilə bağlı təkliflərə münasibət bildirib:

"Təhsil almaqla bağlı saatların sayının artırılmasının insan sağlamlığına zərər vuracağı ilə bağlı cəmiyyətdə miflər mövcuddur. Kompüter qarşısında açox oturanda xəstəlik tutursan və s. Belə valideynlər həmişə olub. İstəyir ki, uşaq dincəlsin. Bu gün çox dincələn uşaqların gələcəkdə problemləri olacağını düşünürəm.

İstərdik ki, təhsilin müddətini artırmağa cəmiyyət dəstək olsun. Bu, arzuolunandır.

Məsələn, dərslər sentyabrın 1-i başlasın və iyunun 30-da bitsin. İnanmıram ki, biz ayın əvvəli başlasaq, təhsilimizin keyfiyyətində əhəmiyyətli dəyişikliklər olacaq.

Cəmiyyət deyir ki, uşaq az oxusun, amma yaxşı nəticə olsun. Belə formul yoxdur. Məsələn, olimpiada qalibi olmaq üçün uşaqlar gündə 12-14 saat oxuyur. Uşaq təhsilə nə qədər çox zaman sərf edirsə, bu təbii, ki daha yaxşıdır",-deyə nazir əlavə edib.

Şərhlər

Veteran 2022-08-01 11:01:43

Sentyabrın 1-i iyunun 30-u cox yaxşı tıklifdir. 2aydan bir tətil 10 gün olmaqla,dərslər həftənin 5 günü olmaqla ibtidai siniflər üçün gündə 4 saatdan artıq olmamaqla,cəfəvgiyyat ,lazımsız fənlər ləöv edilsin,dərsliklər MİLLİ ruhada TÜRKİYƏ modeli ilə hazırlanmaqla, müəllimlərin keyfiyyət məsələsinə baxılsın.Əsil KİŞİ müəllimlərin sayının artıralaq,Qadınlıarla bərabərləçdirilsin.Əlbəttdəki əmək haqqları ciddi olalaq qaldırılmaqla.Direktoların ,müavinlər qohumbazlıq yerlibazlıq reğionşuluq baxımından tam təmizlənməli.

Rafiq Səfərov. 2022-07-31 22:07:02

Savadsız diplomlular,unutmayın ki,Sinqapurda məktəblilərin kanikul günlərini sayı 70(yetmiş) gündən artıqdır.Azərbaycanda isə 15 günə yaxındır

Buzovnali 2022-07-31 18:41:40

1 sentyabr iyidir. Amma 25 may son zeng da iyidir.
Yeni America acmaq lazım devil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol