Menu

Avropa çempionatının final matçını 30 milyon tamaşaçı izləyəcək

31.07.2022, 18:27
Avropa çempionatının final matçını 30 milyon tamaşaçı izləyəcək

Qadın futbolçulardan ibarət İngiltərə və Almaniya milli komandaları keçiriləcək Avropa çempionatının final oyununu televiziya vasitəsilə 30 milyon tamaşaçı canlı izləyəcək. "Report"un məlumatına görə, bu barədə tanınmış jurnalist Riç Laverti özünün tviter hesabında paylaşım edib.

O, bildirib ki, qitə çempionatının izlənmə sayı 2017-ci illə müqayisədə 58% artıb.

Həmçinin, turnirin oyunlarına tribunadan təqribən 487 683 insan baxıb ki, onların 47%-ni qadınlar təşkil edib.

Qeyd edək ki, Londondakı "Uembli" stadionunda oynanılacaq final matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol