Menu

“Ukrayna hətta Almaniya ordusunda olmayan silahları alır” - Şolts

02.08.2022, 11:48
“Ukrayna hətta Almaniya ordusunda olmayan silahları alır” - Şolts

"Mətbuatda Ukraynaya hərbi dəstəyin azaldılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Bu barədə Almaniya kansleri Olaf Şolts bildirib.

O deyib ki, Rusiyanın Ukraynaya hücumundan sonrakı ilk günlərdən ölkə Ukrayna Silahlı Qüvvələrini silah və sursatla təmin edir. 

“Biz əlimizdə olan hər şeyi çatdırdıq: tank əleyhinə və zenit raket sistemləri, minalar, silahlar, tonlarla döyüş sursatı və s. O vaxtdan biz daha mürəkkəb və bahalı sistemlərə keçdik. Özüyeriyən haubitsalar, reaktiv yaylım atəşi sistemlər, zenit raket sistemləri, radarlar. Bu sistemlərin bəziləri o qədər yenidir ki, hətta onlardan çox az bir hissəsi istehsal edilib, bəziləri isə hətta Almaniya ordusunda yoxdur”, - deyə Şolts qeyd edib.

Onun sözlərinə görə, Almaniya Ukraynaya bütün növ, o cümlədən yeni, hətta Bundesverə daxil olmayan silah və hərbi texnika tədarük edir.

Kansler həmçinin bildirib ki, ukraynalılar Almaniyada yeni və daha mürəkkəb hərbi təlimlər keçir: “Biz Ukraynaya gələcəkdə də nə qədər lazımdırsa, o qədər yardım edəcəyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol