Menu

“Təbrizin sehrli nağılları”na qarşı "Fələstin kitabı"... - İran rejiminin anlamsız etirazları bitmək bilmir + FOTO

03.08.2022, 15:36
“Təbrizin sehrli nağılları”na qarşı "Fələstin kitabı"... - İran rejiminin anlamsız etirazları bitmək bilmir + FOTO

İsrailin Azərbaycandakı səfirinin “Təbrizin sehirli nağılları” kitabını oxuma kampaniyasına qarşı Təbrizdə bir sıra hökumət ziyalıları “Fələstin kitabı”nın təqdimatı üçün kampaniya başladıblar.

"AzPolitika.info" "Azad İran" kanalına istinadla xəbər verir ki, bu barədə SEPAH-a bağlı "Fars News" Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Təbrizdə İran hökumətinə bağlı bir qrup elm və mədəniyyət, sənət adamları, media nümayəndələri və idmançılar bu kampaniyada iştirak edərək, İranın ali rəhbəri Xameneinin yazdığı “Fələstin” kitabını oxuyarkən çəkilmiş fotolarını paylaşıblar.

Xatırladaq ki, bu yaxınlarda İsrailin Azərbaycandakı səfiri Corc Dik sosial şəbəkə hesabından “Təbrizin sehirli nağılları” kitabıyla paylaşım edərək, bunları yazıb: “Mənə təqdim olunan bu möhtəşəm kitabda Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Dostlar, bu günlərdə siz nə oxuyursunuz?”.

İranın Azərbaycandakı səfiri isə İsrail səfirinin tvitlərinə aqressiv və qeyri-diplomatik tonda cavab verib.

"AzPolitika.info"

Şərhlər

dadaşyev 2022-08-04 00:12:17

Yekə kişilərdi,saç-saqqal ağarıb,bir ayaqları burda biri gordadı,gör nəylə məşğuldurlar daa.Allah Allah!Vəzirovdan bətər bambılıdılar ki bunlar.Narkomanlıq belədi də,beyni qurudur,beyin də qurudumu adam şittik eləməyə başlayır.Hey əbalarından,çalmalarından dartıram ki,çəkmə,çəkmə,kimə deyirsən,ağıl var ki?Həsən əs-Sabbahın davamçıları bundan artıq olmaz ki.

Baba 2022-08-03 19:11:25

Yungulluklerin gostermelidirler de

Teymur 2022-08-03 17:24:35

Bu farslar usag kimidiler

Veteran 2022-08-03 16:19:40

Nə qədər axmaq rəhbərlər var.Höküməti ,xalqı görün kimlər idarə edir. Kəllənə .... ay baş molla.

Eli 2022-08-03 16:15:35

Hadiselerin yedeyinde geden İran başını başlara qoşub bunlar-Yehudilere,İngilislere , dünyanı fırladan milletlere,Allah axırını xeyir elesin.

Mubariz 2022-08-03 16:08:45

Təbriz boyda daş düşsün farsın baş mollasının başına ,sağ qalsa həmin daş haqqında da yazar

Eli 2022-08-03 15:46:02

Allah Semed Vurğuna rehmet eylesin ki,İran haqqında gözel deyib:Tarix utanmazmı yaratdığından,Dönüb keçmişine baxmazmı İran.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol