Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çinki həmkarı Vanq Yi ilə görüşüb.
“Report” xəbər verir ki, bunu M.Çavuşoğlu tviter səhifəsində yazıb.
“Çinli həmkarımla ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə etdik. Uyğur türkləri ilə bağlı həssas mövqeyimi çatdırdım”, - o bildirib.
Qeyd edək ki, Türkiyə XİN başçısı Kambocada səfərdədir.


Şərhlər