“ONLARA RAHAT HƏYAT HAQQI TANIMAMALIYIQ...” – “Rusiya da bundan faydalanacaqsa, qoy faydalansın”

“Baş verənlər üçtərəfli 10 noyabr 2020-ci il sazişini imzalamış ölkələrə, xüsusilə də Ermənistana müqavilənin şərtlərinin yerinə yetirilməsinin zəruriliyi ilə bağlı növbəti xəbərdarlıqdır”.

Bu fikri “xalqcebhesi.az” saytına açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev son günlər Qarabağda vəziyyətin yenidən gərginləşməsinə münasibət bildirərkən dilə gətirib.

BAXCP sədri qeyd edib ki, Ermənistan işğalçı hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmalı, Laçın azad olunmalı, Naxçıvana Rusiyanın nəzarət etdiyi yol açılmalı, müqavilədə nəzərdə tutulan digər razılaşmalar icra olunmalıdır: “Ermənistan Azərbaycana qarşı ərazi iddialarına, yəni Qarabağda qızışdırdığı qanlı separatizmə dəstək verməyə son qoymalıdır. Bu olmadıqca, biz onlara rahat həyat haqqı tanımamalıyıq. Əks halda onlar danışıqları daha 30 il uzadacaq. Ermənistan Azərbaycana münasibətdə sülh və yaxın qonşuluq siyasəti aparmasa, etnik ermənilərin Azərbaycanda yaşayışı mümkün olmayacaq. Biz, elə etməliyik ki, onlar bir saniyə olsun belə bunu unutmasınlar. Azərbaycan Prezidenti Qarabağ üzərində dövlət suverenliyinin bərpası üçün nə etməli olduğumuzu bilir. İlham Əliyev bu problemi gələcək nəsillərə saxlamaq istəmir. Bu gün Ərdoğan Putinlə görüşəcək və bu məsələ növbəti dəfə müzakirə olunacaq. Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə!...”

Qüdrət Həsənquliyev hesab edir ki, baş verənləri Rusiyanın oyununda yer almağımız kimi “qiymətləndirənlər” uğurlarımızdan pərt olanlardır: “Hər kəs bilməlidir ki, onlar sığındıqları və himayə olunduqları ölkələrin maraqlarından çıxış edirlər. İçərilərində az-çox vətənpərvərlik hissi qalanlar isə əminəm ki, gizlincə sevinirlər. Amma əzizlərini erməni faşistlərinin terror edib öldürdüyü şəxslərin “Haykanuş” kimi davranmaları və açıqlamaları çox üzücüdür. Bu iqtidarı sevməmək olar, ancaq Qarabağdakı uğurlara sevinməyib, onun üzərinə kölgə salmaq üçün vurnuxub arqumentlər axtarmaq, bizi Pelosinin Qarabağa gələ biləcəyi ilə qorxutmağa çalışmağın tək adı öz ölkənə xəyanətdir. Təəssüf ki, Rusiya münaqişənin həllində maraqlı görünmür və bu səbəbdən, Ermənistana təzyiq etmir. Yalnız, “tərəflər üçtərəfli bəyanatın şərtlərini tam yerinə yetirməlidir” kimi açıqlamlar verməklə kifayətlənir. Azərbaycan isə regionun inkişafı üçün qısa müddətdə sülh sazişinin imzalanmasını və münaqişəyə son qoyulmasını istəyir. Bundan başqa, əgər Rusiyanın maraqları ilə Azərbaycanın maraqları hansısa məsələdə üst-üstə düşürsə və bu bizə imkan verirsə ki, uğurlar əldə edək, onda buna sevinməliyik və bu bizim diplomatik uğurumuz kimi qiymətləndirilməlidir. Rusiya da bundan faydalanacaqsa, qoy faydalansın. Əsas bizim haqq işimizdə nailiyyətlər əldə etməyimizdir. Çalışmalıyıq ki, bütün həssas məsələlərdə regionun böyük dövlətləri haqqın və ədalətin yanında olsun, beynəlxalq hüququ dəstəkləsin”.

635x100

Şərhlər

kasıb 2022-08-05 22:46:50

oğlunuz ya özünüz gedib niyə vətəni qoruyuş şəhid ya qazin olmursuz. ...deputatlar ölkəni talamağı bilir bir də danışmaq düzə əyri əyriyə düz deməyi

dadaşyev 2022-08-05 18:51:59

Bu gün əgər uğurlarımıza sevinməyib “Haykanuş” kimi düşünənlər varsa səbəbi nədir əcəba,cənab Həsənquluyev?Məsəla,dinc vaxtlarda xalqı imtiyazlı və imtiyazsız deyə iki qismə böldüyünün nəticəsidir bəlkə?Daha bir ay ötməyib sənin o əcaib sözlərindən,demədinmi xalqın filan qisminə vəzifələr ana südü kimi halaldı?Düşünmədinmi xalqın digər qismi bu sözlərdən yaman incik düşə bilər?Yoxsa hesab edirsən ki,siyasət adamı sözdü də dedi,ötdü keçdi?Yox,yemiş-qarpız satan desə ötər keçər,siyasət adamlarının sözləri isə düşündürər xalqı,kimin gözündə hansı dəyərə sahib olduğunu dərk edər.Amma böyük təhlükələr,təlaşlar olunca o saat başlamısan birlikdən,vahid olmaqdan danışmağa.Dinc vaxtlarda danışanda quş buraxma ki,müharibə vaxtında dediklərin səmimi qəbul edilsin.Yoxsa “Qaçaq Nəbi”dəki kimi deyərlər ”Gör nə İbiş-İbiş salıb!”

Türk Turan 2022-08-05 17:56:58

Bizim əsas problemimiz rusiyadan qorxmağımızdır. Qorxunun isə əcələ heç bir faydası yoxdur. Biz şəhid olmağa razıyıq, amma rusun, erməninin, farsın bu torpaqlarda bir saniyə belə qalmağına razı deyilik. Həm daxilimizdə, həm də xaricimizdə rusiyanı sıxışdırmalıyıq. Bunun üçün dövlətimizin kifayət qədər potensialı var. Türkiyə və Türk dünyası ilə münasibətləri daha da inkişaf etdirmək lazımdır. Bizdə isə bu proseslər zəif gedir. Cənab prezident və az sayda vətənpərvər məmurlar xaric əksər xainlər rədd olunmalıdır. Dövlətimizin işıqlı gələcəyi naminə cənab prezidentin yanındayıq.

Vətəndaş 2022-08-05 17:51:43

Qüdrət deyəsən bu dəfə də çox sevdiyin rusları gətirib Yevlağa Gəncəyə yeləşdirəcəksiniz.

Q.Həsənquluyevə 2022-08-05 14:30:25

Cənab BAXCP SƏDRİ və millət VƏKİLİ, hər iki respublikada doğma insan hüquqları Milis və etnik soyqırım terroru ilə yerlə yeksan edilmiş milyonlarla ailələrimizin haqqı əvəzinə işğalçılara status-kvo əvəzinə əlavə-alternativ yol da çəkirik?

Elmira 2022-08-05 14:26:42

Rusiyanın maraqları Azərbaycan maraqları ilə heç vaxt üst-üstə düşməyib və düşməyəcək. Qudrət müəllim yenə ..

Son yazılar