“Bu aktı ölkəmizin ərazisinə təcavüz kimi qiymətləndirir və qınayırıq” - AMİP

“Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin radikal qrup üzvləri tərəfindən hücuma məruz qalması birmənalı olaraq vandalizm aktıdır və nə bu təxribatın, nə də həmin qrupun İslam dini ilə hər hansı bağlılığından söhbət gedə bilməz. Hər bir ölkənin səfirliyinin həmin ölkənin ərazisi hesab olunduğunu nəzərə alaraq bu aktı ölkəmizin ərazisinə təcavüz kimi qiymətləndirir və sərt şəkildə qınayırıq”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Londondakı səfirliyimizə hücumla bağlı bəyanatında belə deyilir.

AMİP belə hesab edir ki, bu təxribatın arxasında ölkəmizdə nifaq toxumu səpmək, vətəndaşlarımızı üz-üzə qoymaq istəyən ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanlarının dayandığı şübhəsizdir. “Görünən odur ki, bu cür təxribatların davam etməsində maraqlı olan dairələr artıq hərəkətə keçiblər və belə halların yenidən təkrarlanmaması üçün müvafiq dövlət qurumlarımız ayıq-sayıq olmalı və hər cür təxribatlara hazır olmalıdırlar.

AMİP olaraq ayrı-ayrı dövlətlərin Azərbaycana yönəlik təxribatçı fəaliyyətləri ilə bağlı bir müddətdir ki, etdiyimiz xəbərdarlıqları bir daha təkrar edərək bildiririk ki, indiki həssas dönəmdə ən vacib məsələ bu cür təxribatların qarşısını almaqdan ibarət olmalıdır.

Bunun üçün hər bir vətəndaşımızı maksimum şəkildə ayıq-sayıq olmağa, xüsusilə də inanclı insanlarımızı, o cümlədən bütün vətəndaşlarımızı təxribatlara uymamağa çağırırıq. Kimlərinsə Azərbaycan üzərindən oyunlar qurmasına imkan verməmək üçün hər kəs məsuliyyətini dərk etməli və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir”.

“İstiqlal Partiyası olaraq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı diplomatik korpusumuzun da bu hadisədə fəaliyyətsizliyini və ərazimizin bir parçası olan səfirliyimizi və dövlət bayrağımızı qorumaqda acizlik çəkdiyini qınayır və gələcəkdə bu kimi halların təkrar olunmaması üçün Xarici İşlər Nazirliyinin dilpomatik korpuslarımızda çalışan əməkdaşların təlimatlandırılması üçün konkret addımlar atmasını tələb edirik”, - bəyanata yekun vurulur.

“AzPolitika”

635x100

Şərhlər

B.Qarabağlı 2022-08-05 20:36:01

Var olsunlar! Ən azından siyasi Dünya bildi ki, ölkəmizin İstiqlal partiyası var və vətəndaşlarının konstitusion hüquqlarını tələb edən siyasi təşkilatı var.

Алекс 2022-08-05 16:31:51

АМИП проснулся, поздравляю, аз политику, и всех фейковых патриотов

Son yazılar