"Amnesty İnternational" Ukraynanı da “arxadan vurdu”... - Zelenski təşkilatın hesabatını əxlaqsızlıq adlandırdı

"Amnesty İnternational"-ın Ukrayna ofisinin direktoru Oksana Pokalçuk təşkilatı tərk etdiyini açıqlayıb. O bildirib ki, təxminən 7 illik işindən ayrılmasına təşkilatın Ukrayna hərbçilərinin müharibə qanunlarını pozması ilə bağlı hesabatın dərc etməsi səbəb olub.

Təşkilatın Ukrayna bölməsi daha əvvəl hesabatın hazırlanmasında iştirak etmədiyini bildirib.

"Hər şey bürokratiya divarına və kar dil baryerinə çırpıldı. Məsələ ingilis dilində deyil, amma ondadır ki, əgər sən işğalçıların soxulduğu və onu parça-parça etdiyi ölkədə yaşamırsansa, yəqin ki, müdafiə ordusunu qınamağın nə olduğunu başa düşmürsən.” – deyə, Oksana Pokalçuk “facebook"da yazıb.

Avqustun 4-də "Amnesty İnternational"ın yaydığı hesabatda deyilir ki, Ukrayna hərbçiləri Rusiyanın işğalını dəf etmək cəhdi ilə yaşayış məntəqələrində, o cümlədən məktəblər və xəstəxanalarda bazalar yaradaraq, silah yerləşdirərək dinc əhalini təhlükə altına salırlar.

Ukrayna Prezidenti Volodimir Zelenski bu hesabatı hüquq müdafiəçilərinin məsuliyyəti Rusiyadan Ukraynaya keçirməyə çalışdığı “əxlaqsız nümunə” adlandırıb.

Təşkilatının rəhbəri Agnes Callamard cavab olaraq deyib ki, bu tənqid "Amnesty İnternational" təşkilatının "qərəzsizliyini zəiflətməyəcək" və "faktları dəyişməyəcək".

"Nəticələr "Amnesty İnternational"ın bütün işi kimi eyni ciddi standartlara və lazımi araşdırma prosedurlarına uyğun olaraq aparılan araşdırmalar zamanı toplanmış sübutlara əsaslanırdı" – deyə, Callamard vurğulayıb.

Hesabatın dərcindən sonra "Amnesty İnternational" təşkilatının Ukrayna Silahlı Qüvvələrinə akkreditasiyasının dayandırıldığı bildirilir.

Ukraynadakı müharibə ilə bağlı" Amnesty İnternational"ın digər hesabatları barədə heç bir məlumat verməyən Rusiya mediasında təşkilatın sözügedən hesabatı geniş işıqlandırılıb.

Təşkilatın hesabatını Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində şərh edilib. Vurğulanıb ki, Rusiya dəfələrlə Ukrayna Silahlı Qüvvələrinin dinc əhalidən “insan qalxanı” kimi istifadə etdiyini bəyan edib.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar