İranda bu videoya görə qadınların reklamlara çəkilməsi qadağan edilib - VİDEO

İranın Mədəniyyət və İslami İrşad Nazirliyi qadınların reklam çarxlarına çəkilməsini qadağan edib. Belə ki, respublikanın hakimiyyət orqanları hicab və iffətlə bağlı qanunu sərtləşdirib.

Bu qadağa İran din xadimləri və rəsmiləri tərəfindən tənqid edilən reklam çarxının yayımlanmasından bir neçə gün sonraya təsadüf edib. Söhbət iranlı qadının maşın sürdüyü, sonra isə dondurma yediyi videodan gedir.

“Mirror”un məlumatına görə, iranlı din xadimləri bu reklamdan qəzəblənib və dondurma istehsalçısı “Domino”nun məhkəməyə çıxarılmasını tələb ediblər. Öz növbəsində İslam Respublikasının hakimiyyət nümayəndələri videonun “ictimai ədəb-ərkanla ziddiyyət təşkil etdiyini” və “qadın dəyərlərinə xələl gətirdiyini” bildiriblər.

Qadınların reklam çarxlarına çəkilməsinə qadağa İranda İslami geyim qaydalarına riayət edilməsi ilə bağlı müzakirələr fonunda baş verib. Hicab geyinməyi seçən bir çox iranlı qadın bu həftə qadınları sərt şəriət qanunlarına əməl etməyə və hicab taxmağa məcbur etməyə çalışan küçə patrullarına qarşı yeni sosial media kampaniyalarına qoşulub.

635x100

Şərhlər

İsmayıl 2022-08-07 22:13:56

İran da olsa yaxşı bir iş tutub,əxlaqsızlıq yığışdırılmalıdır.

Son yazılar