Menu

"Səfirliyimizə qarşı vandalizm hərəkətləri xalqa qarşı hörmətsizlikdir" - Allahşükür Paşazadə

08.08.2022, 12:18
"Səfirliyimizə qarşı vandalizm hərəkətləri xalqa qarşı hörmətsizlikdir" - Allahşükür Paşazadə

"Özlərini din adamları adlandıran bir qrup şəxs Azərbaycanın Londondakı səfirliyinə vandalizm hərəkətləri edib. Bu, xalqımıza qarşı hörmətsizlikdir".

"Report" xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

"Bu gün Azərbaycan bayrağını təhqir etmək xalqı təhqir etmək qədərdir. Bu xalq cavabını verməlidir. Bu gün mənimlə bərabər olan dini konfessiyaların nümayəndələri gecə ilə mənə zəng edib narazılıqlarını bildirdilər. Türkiyənin Dini İşlər İdarəsi Azərbaycan xalqının yanında olduğunu bildirdi. Türkdilli dövlətlərin dini liderləri ilə də danışığım oldu. Onlar da telefonda məni dəstəklədilər. Biz də səfirliklərə bəyanatlar göndərdik. İnanıram ki, gələcəkdə bu törətdikləri insidentə görə cəzalandırılacaqlar", - o bildirib.

Şərhlər

Roma 2022-08-08 14:54:42

Şeyx həzrətləri, İran bir fətva versə (Qarabağdakı qələbəmizdə İranın rolunu Şeyx belə hallandırmışdı) yenə bir müddət bizim üçün yəqin yaxşı olar, hər halda, dəqiqini siz bilərsiniz...

Azər 2022-08-08 12:42:35

Məncə bu məsələnin dinə aidiyyatı yoxdur...bu böyük siyasətin bir hissəsidir..Londonda əvvəlcədən bilirdilər ki, belə bir şey olacaq...bu rəsmi Londonun Bakıdan hansısa bir məsələ ilə bağlı narazılığının təzahürüdür..ola bisin ki, rəsmi Bakının hansısa bir məsələdə rəsmi Moskva ilə əməkdaşlığından London narazı qalıb, odur ki, bu cür xəbərdarlıq edir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol