UKRAYNADA MÜHARİBƏ ŞİDDƏTLƏNİR... - Donetsk vilayətində serb muzdlular məhv edildi, rusların itkiləri açıqlandı

Ukrayna ordusu Donetsk vilayətində Rusiya və separatçılar tərəfindən vuruşan serb muzdlular aşkar edib.

Ukrayna ordusunun Donetsk vilayəti cəbhəsi üzrə döyüş komandiri Roman Solohub "Report"un Şərqi Avropa bürosuna açıqlamasında bildirib ki, muzdluların burada qarşı tərəfdən daha çox olması ilə bağlı onlarda kəşfiyyat məlumatı var:

"Hazırda Ukrayna ordusu dronlar vasitəsilə düşmənin məhv edilməsini uğurla həyata keçirir. Söhbət həm standart, həm də döyüş başlığı daşıya bilən dronlardan gedir. Məsələn, bizim qrupun əhatə dairəsinə “Sidoy” ləqəbli, Serbiyadan muzdlular gətirmiş, bədnam ad qazanan rusiyalı terrorçu hərbi birləşməsi düşmüşdü. Biz həmin qrupu və “Sidoy” ləqəbli terrorçunu məhv etmək məqsədilə zərbələr endirdik", - deyə o əlavə edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da Rusiyanın itkiləri barədə məlumat yayıb. 

Məlumatda bildirilir ki, Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 42 800 hərbçisi məhv edilib.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 832 tank, 4 086 zirehli döyüş maşını, 971 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 133 hava hücumundan müdafiə sistemi, 232 təyyarə, 193 helikopter, 766 PUA, 185 qanadlı raket, 15 gəmi, 3005 avtomobil texnikası və avtosistern, 89 xüsusi texnikadan ibarətdir.

Qeyd olunub ki, son sutkada Rusiya Silahlı Qüvvələri 9 təyyarəsini itirib.

Rusiyanın Ukraynanın Dnepropetrovsk və Zaporojye vilayətlərinə raket hücumu nəticəsində 12 dinc sakin ölüb, 13 nəfər yaralanıb.əlumatı UNIAN yayıb.

Dnepropetrovsk vilayəti hərbi administrasiyasının başçısı Valentin Rezniçenkonun sözlərinə görə, Rusiya vilayətin Nikopol və Marqans rayonlarında yaşayış binalarına 80 reaktiv mərmi atıb: “Nəticədə 11 dinc sakin ölüb, 13 nəfər isə yaralanıb. Düşmən bu rayonu iki dəfə “Qrad”dan atəşə tutub”.

O qeyd edib ki, Marqansda 20-dən çox çoxmərtəbəli yaşayış binasına, mədəniyyət sarayına, yataqxanalara, iki məktəbə, şəhər soveti binasına və daha bir neçə inzibati tikiliyə ziyan dəyib. Administrasiya başçısı vurğulayıb ki, Bışetarasovkanın Mirovsk kəndində 11 həyət evi və təbii qaz kəmərinə ziyan dəyib.

Zaporojye şəhər sovetinin katibi Andrey Kurtev isə bildirib ki, Rusiyanın vilayətin Kuşuqum rayonuna raket hücumu nəticəsində 1 qadın ölüb, 3 yaşayış evi dağılıb, təxminən 30 evə isə ziyan dəyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar