Menu

“İşğalçılar tükənirlər, hansısa anda Rusiyanın gücü çat verəcək” - GENERAL

11.08.2022, 13:22
“İşğalçılar tükənirlər, hansısa anda Rusiyanın gücü çat verəcək” - GENERAL

Cəbhənin bir çox hissələrində siqnallar var ki, rusiyalı işğalçılar tükənirlər.

Bu barədə ABŞ-ın Avropadakı keçmiş ordu komandanı Ben Hoces informasiya marafonu zamanı danışıb («UNİAN»).

Aparıcının «hazırda Rusiya ordusu hansı vəziyyətdədir» sualına cavabında Hoces deyib: «Biz, görürük ki, bir çox hissələrdə siqnallar var ki, işğalçılar tükənirlər. İnsanlar Rusiya ordusuna döyüşməyə getmək istəmirlər. Dünyagörüşü, mental problemlər var, çünki Moskva-Piter elitasının uşaqları silahlı qüvvələrin sıralarına qoşulmaq istəmirlər, ona görə orduya uzaq, etnik əyalətlərdən və muzdlular dəvət olunurlar. Bütün bunlar tükənməyin simptomlarıdır» - keçmiş komandan danışıb.

Bundan başqa, onun sözlərinə görə, Ukraynaya ən yaxşı avadanlıqlar gəlir və onlara qarşı qoymağa heç nə yoxdur. O zaman Rusiya sanksiyaların ağır təzyiqini yaşayır.

Rusiyalıların hətta imkanı yoxdur ki, yüksək keyfiyyətli polad idxal etsinlər. Artilleriya buna möhtacdır.

«Biz, davam edib dözməliyik, biz, sıxmaqda davam etməliyik, sanksiyaları dəstəkləməliyik və mən hesab edirəm ki, hansısa anda Rusiyanın gücü çat verəcək» - Hoces yekun vurub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol