Menu

"NATO-ya üzvlüklə bağlı Türkiyənin şərtlərini yerinə yetirəcəyik" - İsveç Baş naziri

16.08.2022, 13:16
"NATO-ya üzvlüklə bağlı Türkiyənin şərtlərini yerinə yetirəcəyik" - İsveç Baş naziri

İsveç Baş naziri Maqdalena Andersson NATO-ya üzvlüklə bağlı Türkiyənin şərtlərini yerinə yetirəcəklərini bəyan edib.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, iyunda Madriddə imzalanan razılaşma sənədinə əsasən Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüklərini təsdiqləməsi üçün namizəd ölkələr dəstəklədikləri terrorçuları təhvil verməlidilər.

Rəsmi Ankara daha əvvəl bildirmişdi ki, terrorçular qaytarılmasa, hər iki ölkənin Alyansa üzvlüyünə veto qoyulacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol