Menu

"I qrup üzrə keçid balları artacaq" - Məleykə Abbaszadə

16.08.2022, 15:25
"I qrup üzrə keçid balları artacaq" - Məleykə Abbaszadə

"Bu il I qrup üzrə 600-dən yuxarı bal toplayanların sayı ötən illə müqayisədə təxminən iki dəfə artıb".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ixtisas seçimi zamanı nələrə diqqət yetirməli” mövzusunda keçirilən canlı yayımda deyib.

“Bu o deməkdir ki, müəyyən ixtisaslarda keçid balları artacaq. Eyni zamanda I qrupda 300-dən yüksək bal toplayanlar dövlət sifarişli ixtisasları yaza bilər”, - o bildirib.

DİM sədri vurğulayıb ki, I qrupda 200-dən yuxarı bal toplayaraq müsabiqəyə buraxılan 13 982 nəfər var: "Onların hər birinin ali məktəblərə qəbul olmaq şansı var. Əlbəttə ki, ballarına uyğun düzgün ixtisaslar seçsələr. Bu qrupda təxminən 2000 nəfər qəbul olmayacaq. Onlar 150-200 bal arasında nəticə göstərənlərdir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol