Menu

Çinin son nəsil kosmik izləmə gəmisi Şri-Lankanın Hambantota limanına yanaşıb

17.08.2022, 11:26
Çinin son nəsil kosmik izləmə gəmisi Şri-Lankanın Hambantota limanına yanaşıb

Çinin “Yuan Wang 5” peyk izləyici hərbi gəmisinin Şri-Lankanın cənub sahilindəki Hambantota limanına planlaşdırılan yanaşmasından əvvəl Hindistan avqustun 16-da bu ölkənin Prezidenti Ranil Vickremesinqhenin iştirakı ilə “Dornier” dəniz müşahidə təyyarəsini Şri-Lanka Hərbi Dəniz Qüvvələrinə təhvil verib.

Kolomboda keçirilən mərasimdə çıxış edən Hindistanın ali komissarı Qopal Baqlay bildirib ki, “Dornier” ölkənin təcili təhlükəsizlik tələbini yerinə yetirməsinə kömək etmək üçün Hindistan Hərbi Dəniz Qüvvələrinin inventarından Şri-Lankaya verilib. Hindistan Hərbi Dəniz Qüvvələri artıq Şri-Lankadan olan komandaya geniş təlim keçib. Dəniz və Hərbi Hava Qüvvələri dəniz müşahidə təyyarələrini idarə edəcək.

Hindistan ötən həftədən etibarən yeddi gün ərzində Şri-Lanka limanında dayanması planlaşdırılan Çinin peyk izləyici hərbi gəmisindən dərin narahatdır. Çin gəmisi müşahidə və kəşfiyyat sistemləri ilə təchiz olunub və Hindistanın müdafiə qurğularını izləyə bilir.

“BBC news” xəbər verir ki, Çinin tədqiqat gəmisi Hindistanın narahatlığına baxmayaraq, Şri-Lankanın Hambantota limanına yanaşıb. Liman rəsmiləri bildirib ki, “Yuan Wang 5”ə Şri-Lanka sularında araşdırma aparmamaq şərti ilə yanaşmağa icazə verilib.

“Reuters”ə açıqlama verən xarici təhlükəsizlik analitikləri “Yuan Wang 5”i peyk, raket və qitələrarası ballistik raket buraxılışlarını izləmək üçün istifadə edilən Çinin son nəsil kosmik izləmə gəmilərindən biri kimi təsvir edir. 

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol