"Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir" - Elçin Quliyev

"Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir".

"Report" xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bildirib.

DSx rəisinin sözlərinə görə, sərhəd bölmələri müasir silahlarla, döyüş texnikaları ilə, xüsusi avadanlıqlarla, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat, sualtı əməliyyat və müşahidə vasitələrilə, istehkam avadanlıqları və qoruyucu vasitələrlə təmin edilirlər:

"Dövlət sərhədlərinin etibarlı mühafizəsi həlledici dərəcədə sərhədçilərin peşəkarlığından, sərhəd bölmələrinin peşəkar kadr heyəti ilə komplektləşməsindən asılıdır. Dövlət Sərhəd Xidmətinin fəaliyyətində kadr hazırlığı çox əhəmiyyətli və xüsusi diqqət yetirilən bir sahədir".

635x100

Şərhlər

Esger 2022-08-18 10:13:01

Londonda ozune mulk almaqlami yenilenir?

Son yazılar