MÜDAFİƏ NAZİRLİYİ AÇIQLAMA YAYDI... - "Ordumuz istənilən təxribatın qarşısını almağa hazırdır" + VİDEO

Hərbi Hava Qüvvələrinin Hava hücumundan müdafiə bölmələrində sutkaboyu fasiləsiz olaraq xidmət aparılır, hava məkanımız daima izlənilir və müvafiq tədbirlər görülür.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Yüksək döyüş hazırlığının nəticəsidir ki, hava hücumundan müdafiə bölmələrinin sayıqlığı sayəsində avqustun 13-ü Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter aşkar edilmiş və xüsusi üsulla endirilərək ələ keçirilib.

Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində döyüş növbətçiliyi aparan Ordumuzun şəxsi heyəti istənilən təxribatın qarşısını almağa hazırdır", - məlumatda qeyd olunub.

635x100

Şərhlər

Roma 2022-08-18 14:35:13

..Bəs ermənilər Laçını, Zabuxu və digər yaşayış məntəqələrimizi, meşələri və ümumiyyətlə nəyə əli yetirsə yandırır, dağıdır və s... bu təxribat deyilmi???...

Son yazılar