Bu gün - avqustun 18-i şəhid Eltac Mirzəyevin doğum günüdür. Eltac 2000-ci ilin bu günündə Tovuz rayonunun Məşədilər kəndində dünyaya göz açıb.
2019-cu ildə hərbi xidmətə yola düşüb. Vətən müharibəsinin ilk günündən döyüşlərə atılıb. Füzulinin azad olunması uğrunda gedən bütün əməliyyatlarda iştirak edib, rəşadət göstərib.
Noyabrın 6-da Xocavənd uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Ali Baş Komandan tərəfindən "Vətən uğrunda", "Xocavəndin azad olunması uğrunda" medalları ilə təltif olunub.
Məzarı doğulduğu Məşədilər kəndinin qəbristanlığındadır.
Allah rəhmət eləsin!
"AzPolitika.info"




Şərhlər