Menu

Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin fotosu

28.10.2026, 23:44
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin fotosu

Bakıda qadına cinsi zorakılıq edib pulunu ələ keçirən şəxs saxlanılıb.

"AzPolitika" Lent.az-a istinadla xəbər verir ki, Yasamal rayon sakini G.H. polisə müraciət edərək Araz Ayaz oğlu Babayevin ona qarşı cinsi zorakılıq etdiyini, daha sonra şantaj etməklə 17 000 manat pulunu ələ keçirdiyini bildirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Araz Babayev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Araz Babayev borc öhdəliklərindən yayınmaq məqsədilə, borclu olduğu şəxsləri müxtəlif üsullarla şantaj edirmiş.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol