Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların noyabrın 10-da keçirilə biləcəyini istisna etməyib.
O, bu barədə “The Sun” qəzetinə müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, Kiyev danışıqların mümkün qədər tez keçirilməsində maraqlıdır və hətta noyabrın 1-də görüşün təşkilini təklif edib.
“Biz dialoqa, istənilən formatda danışıqlara hazırıq. Hətta bizim üçün həssas olan məsələlər də daxil olmaqla, istənilən mövzunu müzakirə etməyə hazırıq. Danışıqlara mane olduğumuz təəssüratının yaranmasını istəmirəm”, – Ukrayna Prezidenti deyib.
O, həmçinin ABŞ Prezidenti Donald Trampın Rusiyaya münasibətdə həddindən artıq güzəştə getməməsinin vacibliyini vurğulayıb. Zelenskinin fikrincə, Vaşinqton Rusiyanın Ukraynaya qarşı təcavüzkar tərəf olduğunu nəzərə almalıdır. /APA


Şərhlər