“Yanğın lokallaşdırılır, Şabranda yalnız bir yerdə var” – Sadiq Qurbanov (FOTOLAR+VİDEO)

“Hazırda Şabran rayonunun Zeyvə Gilvar ərazsində yanğın davam edir, qalan ərazilərdə vəziyyət nəzarət alıtna alınıb və yanğın söndürülüb”. 

Bunu “AzPolitika.info”ya hazırda sözügedən bölgədə olan Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov bildirib.

Qeyd edək ki, millət vəkili məzuniyyətdə olmasına baxmayaraq, bir neçə gündür yanğın baş verən ərazilərdə seçiciləri ilə bir yerdədir. O, hadisənin gedişi ilə bağlı “Feysbuk” səhifəsində operativ informasiyaları, foto və videoları bölüşür. S.Qurbanov paylaşımlarının birində FHN-nin əməkdaşlarına təşəkkür edib. “Sağ olsunlar, hər zaman olduğu kimi fədakarlıq edib təbiətimizin məhv olmasının qarşısını əzmkarlıqla alırlar”, - millət vəkili qeyd edib.

Komitə sədri “AzPolitika.info”ya açıqlamasında qeyd edib ki, qonşu Quba rayonunun Qasımqışlaq və Vəlvələ kəndlərinin ərazisində yanğının davam etdiyini bildirib: “Bu gün günorta saatlarında həmin istiqamətlərdə alvolanma vardı. Amma yanğın əvvəlki kimi şiddətli deyil, söndürülmək üzərdir. FHN-nin, icra hakimiyyətinin, ekologiya qurumlarının işiçiləri hadisə yerində fasiləsiz çalışırlar. Yüksək dağlıq, qayalıq yerlərdə bir qədər proses çətinliklə gedir. Ocaqlar sönməyib, amma lokallaşdırılır”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar