Menu

“Müsəlman kimi yaşamağıma imkan vermədilər” - Məşhur supermodel

19.08.2022, 11:54
“Müsəlman kimi yaşamağıma imkan vermədilər” - Məşhur supermodel

Supermodel Bella Hadid uşaqlıq illərindən danışıb.

“Biz Kaliforniyaya köçəndə məni atamdan ayırdılar. Mən böyümək və hər gün atamın yanında olmaq, oxumaq və dini ayinləri yerinə yetirmək, müsəlman mədəniyyətində yaşamaq istərdim, amma mənə bu imkanı vermədilər”, - deyə, supermodel bildirib.

Bella Hadid qeyd edib ki, “Rami” serialının çəkilişləri zamanı üzərində “Free Fələstin” yazısı olan köynək görəndə göz yaşlarını saxlaya bilməyib.

“Emosiyalarımı cilovlaya bilmədim. Mən həmfikir insanların əhatəsində idim. Sanki özümü görə bildim”, - Hadid izah edib.

Bella aktyor və serialda baş rol ifaçısı Rami Yusufla dostluğu sayəsində müsəlman mədəniyyəti haqqında daha çox məlumat əldə etməyi bacarıb.

“Bir dəfə Rami ilə Ramazan ayında görüşdük. Onunla birlikdə dua etməyimə icazə verdi və bu, mənim yetkin həyatımın ən gözəl anlarından biri oldu”, - deyə supermodel bildirib./oxu.az

Şərhlər

Elxan 2022-08-19 16:36:32

Sən müsəlman olsaydın, haqq yolunda olardın. Buna isə imkan veməzlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol