“Putin heç vaxt hərbi səfərbərlik elan etməyəcək”- "Onlar qorxurlar..."

“Rusiya prezidenti Vladimir Putin heç vaxt ölkədə hərbi səfərbərlik elan etməyəcək”.

“AzPolitika.info” xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov “TSN”-ə müsahibəsində deyib.

Ekspert bildirib ki, Krımda baş verən hadisələr ümumi hərbi səfərbərliyin olmayacağını təsdiqləyir: “Rusiya Krımda vaş verənlərin hərbi hücum olduğunu etiraf etməkdən qorxur. Onlar əvvəlcə baş verənləri yanğın təhlükəsizliyi ilə əlaqələndirdilər. Daha sonra isə Britaniya kəşfiyyatını günahlandırdılar. Onlar qorxurlar. Ona görə də heç vaxt səfərbərlik elan etməyəcəklər. Çünki artıq əhali arasında müharibəyə inam xeyi azalıb. Eyni zamanda Putin etiraf edə bilməz ki, dünyanın ikinci ən güclü ordusu, hərbi gücünə görə 22-ci sırada olan Ukrayna ordusuna qalib gələ bilmir”.

“Rusiya müharibəyə muzdlu döyüşçü cəlb etməkdə də problemlər yaşayır. 6 aya yaxındır davam edən müharibəyə cəmi 13 min belarus muzdlusu qatılıb. Müxtəlif mənbələrə görə, Ukrayanda döyüşən suriyalı muzdluların sayıda xeyli azdır”, - deyə o, bildirib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar