“Qərb Rusiya ilə silahlı münaqişəyə hazırlığı dayandırmır” - Patruşev

Qərb Rusiya ilə silahlı münaqişəyə hazırlıqlarını dayandırmır.

APA-nın TASS-a istinadən məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Təhlükəsizlik Şurası Katiblərinin 17-ci illik görüşündə deyib.

O, Ukrayna münaqişəsi fonunda Qərbin Rusiyaya qarşı açıq silahlı münaqişəyə hazırlıqla hibrid addımlar arasında balanslı formada addımlar atdığını deyib.

Patruşev Ukrayna tərəfinin ABŞ-ın təhriki ilə Rusiya ordusunun nəzaərtində olduğu Zaporojye AES-ə zərbələr endirdiyini və fəlakətin baş verəcəyi təqdirdə məsuliyyətin ABŞ və Böyük Britaniyanın üzərinə düşəcəyini əlavə edib.

635x100

Şərhlər

B.Qarabağlı 2022-08-19 15:12:44

Bəli, qərb-NATO, Avropa, ABŞ Rusiyaya qarşı hərbi hazırlığı dayandırmır? Ancaq, hələlik nə Ukraynanın, nə Moldovanın, nə Gürcüstanın, nə də Azərbaycanın Hərbi nəzarətdə saxlanan (iişğal ərazilərini) azad etmək üçün nəinki, təklif verib, heç cəhd də belə göstərməyib? Kreml NƏYİ və NECƏ istəyir?

Son yazılar