Azərbaycanda mərc oyunlarının gəlirlərinin bir hissəsi sosial layihələrə yönəldiləcək

Azərbaycanda idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına, habelə sosial əhəmiyyətli layihələrə yönəldilən hissəsi müəyyən edilib.

"Report" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 milyon manat məbləğinə çatanadək - hər ay üçün aylıq dövriyyənin 1 faizi, təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 milyon manat məbləğinə çatan ay üçün - aylıq dövriyyənin 100 milyon manata çatanadək olan hissəsinin 1 faizi, 100 milyon manat məbləğindən artıq olan hissəsinin 2,5 faizi, təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 milyon manat məbləğindən artıq olduqda - hər ay üçün aylıq dövriyyənin 2,5 faizi bədən tərbiyəsi və idmanın inkişafına, habelə sosial əhəmiyyətli layihələrə yönəldiləcək.

Qeyd edək ki, əvvəlki qərarda idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi hər ay üzrə 500 min manat həcmində müəyyən edilmişdi. Ancaq burada sosial əhəmiyyətli layihələr nəzərdə tutulmamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar