Menu

Avropada qazın qiyməti 2,7 min dolları ötüb

19.08.2022, 22:29
Avropada qazın qiyməti 2,7 min dolları ötüb

Avropada qazın spot qiyməti “Şimal axını” magistralında təmirlə bağlı xəbərlər fonunda 1 000 kub metr üçün 2,7 min ABŞ dolları səviyyəsindən yuxarı qalxıb.  Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.

“ICE Futures” birjasında ən yaxın (sentyabr) TTF fyuçerslərinin qiyməti min kubmetr üçün 2 712 ABŞ dollarına çatıb.

Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın “Qazprom” şirkəti “Şimal axını” qaz kəməri ilə qaz nəqlini üç gün müddətinə dayandıracağını açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol