Menu

Saxlama müddəti ötmüş mallar aşkarlandı

10.11.2014, 09:21
Saxlama müddəti ötmüş mallar aşkarlandı

İstehlak bazarında monitorinqlər davam edir

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi monitorinqlər zamanı Səbail, Binəqədi, Sumqayıt, Gəncə, Şirvan, Biləsuvar, Şabran, Xaçmaz, Şəki və Qaxda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Nazirliyin mətbuat xidmətindən daxil olan məlumata görə, istifadə müddəti ötmüş, keyfiyyətsiz mallar satışdan çıxarılaraq məhv edilib. İstehlakçılar belə hallarla rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat verə bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol