Menu

"Qazprom"un Almaniyadakı törəmə şirkəti batır - 9 milyard avro lazımdır...

20.08.2022, 18:59
"Qazprom"un Almaniyadakı törəmə şirkəti batır - 9 milyard avro lazımdır...

“Qazprom”un Almaniyadakı keçmiş törəmə şirkəti olan “Gazprom Germania GmbH”( SEFE) iflas həddindədir. 

"AzPolitika.info" xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Eqbert Leyq bildirib. Onun sözlərinə görə, şirkətin ala bilmədiyi Rusiya qazını əvəz etmək üçün 5 milyard avro lazımdır.

“Artıq qaz tədarükü azalıb. Sanksiyalara görə hər şeyi itirdik: həm boru kəmərlə qaz almaq imkanını, həm də mayeləşdirilmiş təbii qazı. Mövcud vəziyyətə görə, şirkətin likvidliyini saxlamaq üçün 4 milyard avrodan bir qədər çox, Rusiya qazının alternativ mənbədən qaz almaq üçün 5 milyard avrodan çox vəsait lazımdır”, - deyə Leyq"Der Spiegel"ə müsahibəsində bildirib.

SEFE direktoru qazın alış qiymətləri ilkin hesablanmış qiymətlərdən yüksək olduğundan şirkətin daha çox dövlət yardımına ehtiyacı olacağını istisna etməyib: "Beləliklə, əsas məqsədimiz olan təchizatı təmin etmək yəqin ki, düşündüyümüzdən də baha başa gələcək". Xatırladaq ki, əvvəllər dövlətə məxsus olan KfW bank qrupu əməliyyatı davam etdirmək üçün SEFE-yə 9,8 milyard avro ayırıb.

“Qazprom” isə aprelin 1-dən Almaniyadakı törəmə şirkətinə nəzarəti dayandırıb. Bundan sonra şirkət Federal Şəbəkə Agentliyinin nəzarətinə keçib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol