Menu

ETSN Biləsuvardakı yanğınla bağlı məlumat yayıb

20.08.2022, 23:35
ETSN Biləsuvardakı yanğınla bağlı məlumat yayıb

Bu gün axşam saatlarında Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində sıx kolluq və qamışlıq sahədə yanğın hadisəsi baş verib.

Bu barədə ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Report" bildirib.

Onun sözlərinə görə, Şirvan Milli Parkının və Biləsuvar rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

***

Biləsuvar rayonunda yanğın başlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, yanğın Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində qeydə alınıb.

Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol