Menu

"Siyəzən və Şabranda dağlıq-meşəlik sahələrdəki yanğınlar tam söndürülüb" - FHN + VİDEO

21.08.2022, 21:26
"Siyəzən və Şabranda dağlıq-meşəlik sahələrdəki yanğınlar tam söndürülüb" - FHN + VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Siyəzən və Şabran rayonları ərazisində mürəkkəb relyefli dağlıq-meşəlik sahələrdə baş vermiş yanğınlar tam söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Havanın isti və küləkli, relyefin mürəkkəbliyinə baxmayaraq qüvvələrin əlaqəli və effektli tətbiqi sayəsində yanğınların daha geniş ərazilərə yayılmasına imkan verilməyib. Yanğınlar nəticəsində ümumilikdə təxminən 40 hektar ərazidə meşə və meşəətrafı sahələr yanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol