Menu

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

23.08.2022, 10:29
Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

"Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 45 550 hərbçisi məhv edilib".

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 921 tank, 4 238 zirehli döyüş maşını, 1033 artilleriya sistemi, 266 reaktiv yaylım atəşi sistemi, 146 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 198 helikopter, 815 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 150 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol