Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sentyabrda keçiriləcək sammitində Prezident Rəcəb Tayyib Ərdoğanla Suriya rəhbəri Bəşər Əsədin görüşü barədə xəbərləri təkzib edib.
“Haber Global” xəbər kanalına danışan Çavuşoğlu 15-16 sentyabrda Səmərqənddə keçirilməsi planlaşdırılan sammitdə Ərdoğanla Əsədin görüşünü istisna edib və Əsədin tədbirə dəvət olunmadığını bildirib.
Çavuşoğlu həmçinin Suriyada davamlı sülh üçün addımların atılmasının vacibliyini vurğulayaraq, “Suriya rejimi müxalifəti terrorçu hesab etməməlidir” deyib. Türkiyənin Suriyada nəticəyönümlü siyasət yürütdüyünü deyən Çavuşoğlu, ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasının vacibliyini və onu terror təşkilatlarından təmizləməyin vacibliyini vurğulayıb.
"AzPolitika.info"


Şərhlər