Bu gündən etibarən Azərbaycanda təmassız ödəniş həlli “Google Pay” istifadəyə verilib.
"APA-Economics"in araşdırmasına əsasən, Azərbaycanda yeddi bank “Google Pay”ə qoşulub. Bunlar “PAŞA Bank”, “Bank Respublika”, “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “Rabitəbank”, "Access Bank" və “Unibank”dır.
"Premium Bank"ın sentyabr ayından "Google Pay"ə qoşulacağı məlum olub. "Yelo Bank"dan bildirilib ki, bu sistemə qoşulmaqla bağlı inteqrasiya prosesi davam edir. "AFB Bank" təmassız ödəniş həllinə 2023-cü ildə qoşulacağını açıqlayıb. "Expressbank"dan isə “Google Pay”ə qoşulmağın planlaşdırıldığı qeyd edilib.


Şərhlər