Dövlət İmtahan Mərkəzi tərəfindən 21 avqust tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçirilib. Lakin bir qrup iştirakçı imtahanın nəticələrindən narazıdır.
Belə ki, onlar iddia edir ki, imtahan suallarında səhv testlər mövcuddur.
Şikayətçi bildirir ki, DİM iki sualda səhvlik olduğunu və onları iştirakçıların xeyrinə hesablanacağını deyib.
“Amma həmin iki sualdan əlavə də bir neçə sualda səhvlik var idi” – deyə, şikayətçi qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində:


Şərhlər
Sovet dövründə BDU-nun tarix fakültəsinə imtahan verən Nehrəmli tanış bir oğlan sualların cavabını qənaətləndirici verdikdən sonra,onu imtahandan kəsmək istəyən müəllim: " Qilmenqudu dağları harada yerləşir",-deyə çaşdırıcı sual vermişdi.Oğlan da bu sualı bilmədiyinə görə (əslində kitabda olmadığına görə) kəsilmişdi.Görünür,Məleykə xanımın komandası da belə suallarla "vəzifələrini" icra edirlər..