Menu

Avropa birjalarında "qaz partlayışı" - Qiymət dalğalanmaları davam edir

27.08.2022, 14:59
Avropa birjalarında "qaz partlayışı" - Qiymət dalğalanmaları davam edir

Bu gün Avropada qaz fyuçerslərinin qiymətləri min kubmetr üçün 3500 dollardan yuxarı qalxdıqdan sonra həftınin son ticari əməliyyatını 3164 dollar səviyyəsində bağladı.

ICE London Əmtəə Birjasının məlumatlarına görə, cümə gününün yekununda qaz öz dəyərini avqustun 25-i ilə müqayisədə demək olar ki, 4% itirib.

Neft Araşdırmaları Mərkəzindən verilən məlumata görə, gələn ay bazarda müştərilər tərəfindən götürülməli olan qaz fyuçersləri bu gün hərraclar başlayanda hər min kubmetr üçün 3213,2 dollar (-2,3%) səviyyəsində ticarət edilməyə başladı və günün birinci yarısında kifayət həddə ucuzlaşma oldu: qazın ən ucuz partiyası 2926,2 dollara (-11,1%) satıldı.

Amma axşama doğru kotirovkalar günlük azalma tempini nəinki geri qaytara bildi, hətta martın əvvəlindən bəri ilk dəfə min kubmetr həcm üçün 3500 dollar səviyyəsini belə keçməyə müvəffəq oldu. Qaz ticarəti əməliyyatlarında min kubmetr üçün maksimum qiymət 3525,9 dollar (+7,2%) təşkil etdi. Lakin hərraclar bağlanan zaman qiymətlər yenidən kəskin şəkildə aşağı eneiş nümayiş etdirdi və 3164 dollar (-3,8%) səviyyəsində qərarlaşdı.

Martın ilk həftəsindəə Avropada qazın qiyməti Rusiyanın enerji resurslarının idxalına qadağa qoyulması təkliflərindən qorxu hissi keçirərək dörd gün dalbadal tarixi maksimumlarını yenilədi. Rekord yüksək qiymət isə 3892 dollar səviyyəsində martın 7-də qeydə alınıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol