Menu

"Pakistan xalqına bu çətin gündə hər cür dəstək verməyə hazırıq" - Ərdoğan

27.08.2022, 23:14
"Pakistan xalqına bu çətin gündə hər cür dəstək verməyə hazırıq" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.

Bu barədə "Report" Türkiyə Prezidentinin Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, Ərdoğan danışıq zamanı Pakistanda güclü musson yağışlarının səbəb olduğu sel fəlakəti ilə bağlı keçmiş olsun diləyini çatdırıb.

Dövlət başçısı həyatını itirən pakistanlılara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Türkiyə Prezidenti hər zaman olduğu kimi bu çətin gündə də Pakistan xalqına hər cür dəstək verməyə hazır olduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol