Menu

Səyyar "ASAN xidmət" ilk dəfə Türkiyədə vətəndaşlarımıza xidmət göstərməyə başlayıb

30.08.2022, 14:37
Səyyar "ASAN xidmət" ilk dəfə Türkiyədə vətəndaşlarımıza xidmət göstərməyə başlayıb

"Səyyar ASAN xidmət" bu gün Türkiyənin Samsun şəhərində başlayan "Teknofest Karadeniz" Aerokosmik və Texnologiya festivalında Azərbaycan vətəndaşlarına xidmət göstərməyə başlayıb.

"Report" xəbər verir ki, xidmət sentyabrın 4-nə qədər davam edəcək.

Ölkə xaricində ilk dəfə gerçəkləşən "Səyyar ASAN xidmət" Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi təşkil olunub.

Xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar avtobus vasitəsi ilə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və başqa xidmətlər göstərilir.

Xidmətdən yararlanmaq üçün vətəndaşlarımız mütləq “Teknofest” ərazisinə daxil olmaq hüququ verən qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat üçün link: https://www.t3kys.com/tr/teknofest/visitor/apply/

Eyzi zamanda Türkiyədə yaşayan Azərbaycan vətəndaşları https://seyyarasan.e-gov.az/ linkinə daxil olaraq özünə aid məlumatları (şəxsiyyət vəsiqəsi məlumatları, mobil nömrə və elektron poçt ünvanı) və almaq istədikləri xidməti qeyd edərək müraciətlərini öncədən gerçəkləşdirə bilərlər.

"Səyyar ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. "Teknofest Karadeniz" çərçivəsində "Səyyar ASAN Xidmət"ə müraciət edən vətəndaşlar hazır sənədləri 20-25 gün ərzində Azərbaycanın Ankaradakı səfirliyindən alacaqlar.

Şərhlər

Babek 2022-08-30 15:00:55

Ne gözel Asan xidmetdi bu ?İstanbulda olan adam Samsun getmelidi sonrada hazır senedi almag ücün tezden Ankaraya getmelidi.Ele onansa İstanbulda konsoloslugda senedlerini vererde.Asan xidmet ona deyerem ki ele Seyyar avtobusda senedini hazır ala .Bütün sistemler Bu Seyyarda Asanda geydiyyatdadır .Neyse ne zaman elektron dövlet hazır siztemimiz olacak?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol