Menu

Azərbaycanda yaz havası davam edir

10.11.2014, 13:35
Azərbaycanda yaz havası davam edir

Bakı və Abşeron yarımadasında noyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturu gecə 7-10, gündüz 14-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 11-də gündüz hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Lənkəran-Astara bölgəsində yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 5-10, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol