Menu

Putin Qorbaçovu basdırmağa getməyəcək? - Peskovdan qeyri-müəyyən cavab

31.08.2022, 16:38
Putin Qorbaçovu basdırmağa getməyəcək? - Peskovdan qeyri-müəyyən cavab

92 yaşında ölən Mixail Qorbaçovun dəfnində Rusiyanın indiki başçısının iştirak edib-etməyəcəyi bilinmir. 

“AzPolitika.info” xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Putinin Qorbaçovla vida mərasimində iştirakına dair hələlik heç bir qərar verilmədiyini deyib: “Hələ bilmirik prosedur necə olacaq. Bu, onun doğmalarının və yaxınlarının qərarından asılı olacaq. Hələ ki, buna aid informasiya yoxdur”.

Peskov deyib ki, Qorbaçovun dəfninin dövlət tərəfindən təşkili ilə bağlı qərarın bu gün veriləcəyi gözlənilir. Lakin Putinin bu mərasimdə iştirakıyla bağlı məlumat yoxdur. Bu, o deməkdir ki, böyük ehtimalla başı daha vacib və müşkül işlərə qarışan və bunkerdən çıxmağı o qədər də sevməyən Kreml başçısının dəfndə iştirakı ehtimalı azdır.

Xatırladaq ki, sonuncu dəfə Putin Vladimir Jirinovskinin dəfnində iştirak edib.

“AzPolitika.info”   

Şərhlər

vətəndaşı 2022-08-31 19:54:33

cəhənnəm zəbanisi bu günlər inkir-minkirə cavab verəcək 20 yanvar üçün

Vətədaş mövqeyi 2022-08-31 17:41:50

Cəhənnəm olsun Qarbaçov! Allah lənət etsin ona!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol