Menu

Rusiya vətəndaşlarının 80 faizi əmanətlərini itirib

31.08.2022, 16:50
Rusiya vətəndaşlarının 80 faizi əmanətlərini itirib

Fevraldan – Rusiya Ukraynaya təcavüzə başlayandan rusiyalıların 80 faizindən çoxu əmanətlərini tam, yaxud qismən itiriblər.

"AzPolitika.info" xəbər verir ki, bu barədə “Forbes” dərgisi “AlfaSığorta”nın keçirdiyi rəy sorğusuna istinadla məlumat yayıb.

Respondentlərin 8 faizi təhlükəsizlik yastığından tamamilə məhrum olduğunu deyib. Hər beş respondentdən biri əmanətlərinin demək olar hamısını, 52 faizi isə kiçik hissəsini itirdiyini söyləyib.

Rəyi soruşulanların üçdə biri deyib ki, fevraldan onların gündəlik ehtiyaclara xərci 20-30 faiz artıb. Rusiyalıların üçdə birinin xərcləri 10 faiz çoxalıb. 15 faiz respondent isə xərclərinin yarıbayarı artdığını söyləyib.

Araşdırmada 18-60 yaşlı 1207 rusiyalı iştirak edib. Onların yarıdan çoxu – təxminən 60 faizi kənara pul qoya bildiyini etiraf edib. Ancaq 40 faizi üçün fevraldan bəri bu xeyli çətinləşib. Rəyi soruşulan hər beş nəfərdən biri fevraldan bəri pul yığmaq ideyasından daşınıb.

Rusiya Ukraynaya təcavüzə başlayandan Qərb ölkələri Moskvaya sərt sanksiyalar tətbiq ediblər. Sanksiyalar təkcə siyasilərə və bizneslərə deyil, sıravi rusiyalılara da təsir göstərib. Hazırda rusiyalılar xaricdə Rusiya banklarının kartlarından ödəniş, xarici internet-mağazalardan alış-veriş edə bilmirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol