Avropa İttifaqı (Aİ) Rusiya ilə viza rejiminin sadələşdirilməsi ilə bağlı sazişi dayandıracaq.
"AzPolitika.info" xəbər verir ki, bu barədə "Reuters" agnetliyinə Macarıstanın xarici işlər naziri Peter Szijyarto bildirib. Qərar Avropa diplomatlarının Praqada keçirilən görüşü zamanı qəbul edilib.
Bundan sonra Rusiya vətəndaşları Şengen vizası almaq üçün 35 yox, 80 avro ödəyəcəklər. Sənədləşmə prosesi daha uzun çəkəcək və İttifaqa üzv ölkələr daha çox əlavə sənədlər tələb edəcəklər.
Nazir onu da bildirirb ki, Rusiya Aİ vətəndaşları üçün turist vizalarına tam qadağa qoymayacaq. Çünki Aİ ölkələri bununla bağlı razılığa gələ bilməyib, bir çox ölkələr bu təklifə qarşı çıxıblar.
Xatırladaq ki, Latviya, Litva, Polşa, Finlandiya və Estoniya rusların Şengen zonası ölkələrinə daxil olmasını ictimai təhlükəsizliyə təhdid adlandırmışdı. Onlar Avropa Komissiyasından rusiyalı turistlərin ölkəyə girişini məhdudlaşdırmaq üçün tədbirlər görməyi tələb ediblər. Əks halda, bunu ölkə səviyyəsində etməyi düşünürlər.
Birliyin Qərbi Avropa ölkələri, o cümlədən Fransa və Almaniya isə ruslara turist vizalarının tam qadağan edilməsinin əleyhinədir.
“The Financial Times” yazır ki, fevral ayında Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 700 min rusiyalı Rusiya ilə həmsərhəd olan Aİ ölkələrinə köçüb. Onların əksəriyyətinin istirahət üçün Qərbi Avropa ölkələrinə üz tutan turistlər olduğu bildirilir.


Şərhlər