Menu

Nigeriyada daşqınlar nəticəsində 60 nəfər ölüb

31.08.2022, 23:38
Nigeriyada daşqınlar nəticəsində 60 nəfər ölüb

Nigeriyada daşqınlar və çoxsaylı torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.

"Report" xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Nigeriya Milli Fövqəladə Hallar Agentliyinin nümayəndəsi Məhəmməd Usman bildirib.

Ölkənin şimal-şərqindəki Borno əyalətinin paytaxtı Maiduquri şəhərinin inzibati sərhədlərində daha 15 nəfərin meyiti tapılıb.

Qeyd edək ki, Nigeriyanın şimal-şərqində bir neçə gündür yağan leysan sel və çoxsaylı sürüşmələrə səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol