Menu

“Onlar olmasaydı, bizi tapdalayardılar” - Lukaşenko Stalinə və Beriyaya təşəkkür etdi

01.09.2022, 15:59
“Onlar olmasaydı, bizi tapdalayardılar” - Lukaşenko Stalinə və Beriyaya təşəkkür etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko 1 sentyabr günü münasibətilə məktəblilərə ünvanladığı “Tarixi yaddaş – gələcəyə yol” adlı müraciətdə nüvə silahı mövzusuna toxunub.

“AzPolitika.info” xəbər verir ki, Lukaşenkonun Belarus mətbuatında dərc edilən çıxışında nüvə silahının Rusiya və Belarus üçün həlledici əhəmiyyət daşıdığı qeyd edilib.

Belarus Prezidenti deyib ki, vaxtilə Stalin və Beriya nüvə silahının yaradılmasına başlamasaydılar, Qərb Rusiyanı əzəcəkdi: “Biz bu gün ona görə varıq və “səlib yürüşü” ona görə Belarusdan keçərək şərqə getməyib ki, Beriya olub. Hansı ki, məhz o, nüvə silahının yaradılması prosesinə rəhbərlik edib. Nüvə silahına nifrət edirəm və onu qəbuledilməz sayıram. Ancaq xoşbəxtlikdən o, bizdə var, yəni hal hazırda Rusiyada var və çəkindirici silahdır. Nüvə silahından qorxmasaydılar, bizi çoxdan əzmişdilər, tapdalamışdılar. Bu isə Stalin və Beriyanın xidmətidir”.

“AzPolitika.info”     

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol