"Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) missiyası gedəndən sonra Zaporojye AES-də qurumun iki müfəttişi qalacaq". "AzPolitika.info" xəbər verir ki, bu barədə məlumatı Rusiya verib.
Britaniyanın Müdafiə Nazirliyi isə bu gün Ukraynanın cənubunda ağır döyüşlər getdiyi, AES-in yerləşdiyi Enerhodar rayonunun atəşə tutulduğu barədə informasiya yayıb.
Xatırladaq ki, sentyabrın 1-də BAEA missiyası Avropanın ən böyük nüvə zavoduna çatıb. Bu gün isə Rusiyanın Vyanada beynəlxalq qurumlarında səfiri deyib ki, missiyanın altı eksperti stansiyada bir neçə gün, BAEA-nın iki əməkdaşı isə daimi qalacaq.Vyanada yerləşən BAEA Rusiyanın bəyanatını təsdiqləməyib.
BAEA missiyasının beş təmsilçisi sentyabrın 3-dək stansiyada qalaraq obyektə dəyən fiziki ziyanı dəyərləndirəcək. Bunu isə Ukraynanın Enerhoatom dövlət energetika şirkəti bildirib.Agentlik isə təftiş qrupunun əksər üzvlərinin sentyabrın 1-də AES-i tərk etdiyini, müfəttişlərin onlara gərəkən şeyləri görə bildiyini deyib.
"AzPolitika.info"


Şərhlər