Menu

İran Qırmızı dənizdə ABŞ-ın iki pilotsuz aparatını ələ keçirib

03.09.2022, 00:18
İran Qırmızı dənizdə ABŞ-ın iki pilotsuz aparatını ələ keçirib

İran Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə ABŞ-ın 5-ci donanmasına məxsus iki pilotsuz su aparatını ələ keçirib.

İki ədəd “Saildrone Explorer” pilotsuz aparatı İranın “Camaran” esminesinin göyərtəsində görüntülənib. Təsvirləri İran dövlət televiziyası yayıb.

Bildirilib ki, hər iki aparat beynəlxalq dəniz sularında aşkar olunub.

Qeyd edək ki, “Saildrone Explorer” günəşlə işləyən və dəniz trafikinə nəzarət etmək üçün avadanlıqla təchiz edilmiş pilotsuz yelkənli qayıqdır. O, mülki texnologiyalarla təchiz edilib.

ABŞ Hərbi Dəniz Qüvvələrindən bildirilib ki, pilotsuz aparatların göyərtəsində heç bir məxfi məlumat olmayıb.

Şərhlər

Seymur 2022-09-03 09:58:54

İrana yeni texnologiyaların ötürülməsi üçün bu bir bəhanədir,6-7 il bundan qabaq dron texnologiyasını o cür İrana vermişdilər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol