Menu

"Həmkarlar ittifaqları fəaliyyətlərini daha da gücləndirməlidirlər" - Vüsal Quliyev

03.09.2022, 14:31
"Həmkarlar ittifaqları fəaliyyətlərini daha da gücləndirməlidirlər" - Vüsal Quliyev

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və tabeliyində olan üzv təşkilatlar tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirilib.

Konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək həmkarlar ittifaqlarının cəmiyyətdəki əhəmiyyətli rolunu qeyd edib. Bildirib ki, həmkarlar ittifaqlarının fəaliyyətinin mərkəzində insan faktoru dayanır və bu qurumlar onların əmək hüquqlarının qorunmasına, sosial problemlərinin həllinə və iqtisadi maraqlarının qorunmasına xidmət edir. Bu xüsusda həmkarlar ittifaqları fəaliyyətlərini daha da gücləndirməli, üzvlərinin maraqlarını hər zaman qorumalıdırlar.

V.Quliyev regionlarda müxtəlif sahələr üzrə həmkar ittifaqlarına üzv şəxslərin həmin qurumlara əlçatanlığının təmin olunması məsələlərinə də toxunub. Bildirib ki, qısa zamanda regionlarda silsilə görüşlərin keçirilməsinə, həmkar ittifaqlarının fəaliyyətinin nəzərdən keçirilməsinə ehtiyac var.

Şəhid ailələri və müharibə iştirakçılarının həmkarlar ittifaqlarının daima diqqət mərkəzində olduğunu qeyd edən V.Quliyev, bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

O, həmkarlar ittifaqlarının qabaqcıl ölkələrdə anoloji qurumlarla qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunaraq, beynəlxalq əlaqələrin əhəmiyyətini qeyd edib.

V.Quliyev həmkarlar ittifaqlarının nümayəndələrinin həm mərkəzi, həm də yerli icra hakimiyyəti orqanları yanında yaradılan ictimai şuralarda təmsilçiliyi ilə bağlı fikirlərini də bölüşərək, ictimai nəzarətin həyata keçirilməsində onların fəallığının artırılması istiqamətində iş aparılmasına ehtiyac olduğunu bildirib.

Şərhlər

Vəli 2022-09-03 17:38:11

Həmkarlar İttifaqı var ki,hələ gücləndirilsin.Bu adda bir kormuşka var ki,fəaliyyəti heç kimə bəlli deyil.Yalnız büdcədən pul yeyilir.Nələri əvvəllər vardısa hamıslnl özəlləşdiribmənimsəyiblər.Boş adı qalıb.

Sual 2022-09-03 16:20:46

Hormetli Vusal Quliyev, size sual edirik ki Hemkarlar ittifaqinin iscilerin mevaciblerinden resmi raziliq erizeleri ve uzvlukleri olmadan mecburi suretde tutduqlari kesintiler ne vaxt dayandirilacaq? Bu qanunsuzluga kim goz yumur ve qanun tapdanir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol