Menu

PKK-nın 90-a yaxın terrorçusu zərərsizləşdirilib

03.09.2022, 19:49
PKK-nın 90-a yaxın terrorçusu zərərsizləşdirilib

2022-ci ilin avqust ayında PKK terror təşkilatının 90-a yaxın üzvü zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə daxili İşlər nazirinin müavini, nazirliyin mətbuat katibi İsmail Çataklı bildirib.

Çataklı qeyd edib ki, avqustda PKK-ya qarşı ümumilikdə 12 563 əməliyyat keçirilib. Əməliyyatlarda 16 nəfər terrorçu öldürülüb, 60-ı diri ələ keçirilib, 14-ü isə təslim olub.

Həmçinin PKK-nın 593 üzvü saxlanılıb, təşkilata kömək etməkdə şübhəli bilinən 1 371 nəfər tutulub.

Avqust əməliyyatları zamanı 106 bunker, sığınacaq və mağara yararsız hala salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol