Ukrayna müdafiə qüvvələri məhdud hücumlarla Zaporojye vilayətində qarşıdurma xətti boyunca Rusiya ordusunun yerləşməsinə mane olur. Cənubda Ukrayna silahlı qüvvələrinin (USQ) əks-hücumunun böyük ərazilərin azad edlməsini nəzərdə tutmayan hədəfi bundan ibarət ola bilər.
Bunu müharibənin öyrənilməsi İnstitunun (Institute for the Study of War, ISW) analitikləri deyirlər.
Qeyd olunur ki, bu ərəfədə işğalçı ordu Zaporojye vilayətində cəbhə xətti boyunca Qulyaypolyanın qərbində yerüstü hücumlar həyata keçirməyib. Eyni zamanda onlar planlı artilleriya atəşlərini davam etdiriblər.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, guya Rusiya Federasiyasının silahlı qüvvələri Zaporojyedən 64 kilometr cənub-şərqdə yerləşən Ukraynanın Orexovodakı döyüş sursatı ehtiyatına zərbə endirib.
«Ukrayna qüvvələri güman ki, Qulyaypolyadan qərbdəki qarşıdurma xətti boyunca lokal hücumlar həyata keçirirlər ki, Rusiya ordusunun yerləşməsinə mane olsunlar. Ukraynalılar işğalçıların xəttinə müəyyən olunmamış vasitələrlə və müəyyən olunmamış yerlərdə cəbhə xətti boyunca hücum edirlər» - USQ Baş Qərargaha istinadla institutda xəbər veriblər.
Analitiklərin sözlərinə görə, Ukraynanın Xerson vilayətində əks-hücum barədə hazırkı operativ susmaq siyasəti həm də Zaporojyedə cəbhə xətti boyunca Ukraynanın hücum barədə xəbərlərini məhdudlaşdıra bilər.
Eyni zamanda, rusiyalı təbliğatçılar şikayət edirlər ki, ukraynalı hərbçilər hər gün işğalçıların mövqelərinə qarşı Nesteryankedə avqustun 31-dən başlayaraq, döyüş-kəşfiyyat əməliyyatları həyata keçirirlər və ətrafı intensiv atəşə tuturlar. Amma ISW bu bəyanatı təsdiqləmir.
«Ukraynanın davam edən əks-hücumları Rusiya ordusunun vəziyyətinin və material-texniki təminatının pisləşməsinə xidmət edən məqsədli metodik əməliyyatdır, böyük ərazilərin azad olunmasına xidmət edən əməliyyat deyil» - institutda izah edirlər.
Analitiklər əlavə ediblər ki, Ukrayna qüvvələri Rusiyanın cənubdakı əməliyyatlarını dəstəkləyən açar logistika qovşağını sıradan çıxarmağa və işğalçı ölkənin hərbi potensialını partlatmağa can atırlar.
Xəbər verildiyi kimi, Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya Federasiyasının hərbi komandanlığı dilemma qarşısında qalıb. Ukrayna silahlı qüvvələrinin əks-hücumlarını nəzərə alaraq, işğalçılar həll edə bilmirlər ki, qüvvələri hansı istiqamətə yönəltsinlər.
AzPolitika.info


Şərhlər