Adnan Oktarın “Kedicik”ləri Kamal Kılıçdaroğlunu və Kadir Topbaşı ziyarət ediblər
Türkiyəli ilahiyyatçı və A9 telekanalının rəhbəri Adnan Oktarın tələbələri CHP lideri Kamal Kılıçdaroğlu və İstanbul bələdiyyə başqanı Kadir Topbaşı ziyarət ediblər.
ANS PRESS-in məlumatına görə, Adnan Oktarın “kedicik”lərindən biri – Gülşah Güçyetmez Kamal Kılıçdaroğlu ilə görüşdüklərini twitter sosial şəbəkəsindən paylaşdığı şəkillə bildirib. Şəkilə “Adnan Oktar hocamızın dəyərli tələbələri Kamal Kılıçdaroğlu ilə...” adlı qeyd də əlavə edib.
Kamal Kılıçdaroğlunun otağında keçirilən görüşün mövzusu haqqında heç bir məlumat verilməyib. Lakin qısa müddət sonra Gülşah Güçyetməz CHP lideri və İstanbul Bələdiyyə başqanı ilə görüşü haqqında yazılarını silib.




Şərhlər