Menu

“Roskosmos” rəhbərinin müşaviri 22 il azadlıqdan məhrum edilib

05.09.2022, 18:39
“Roskosmos” rəhbərinin müşaviri 22 il azadlıqdan məhrum edilib

Moskva Şəhər Məhkəməsi “Roskosmos” rəhbərinin müşaviri, jurnalist İvan Safronovu 22 il müddətinə azadlıqdan məhrum edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, son illərin ən səs-küylü dövlətə xəyanət işi üzrə ittiham olunan Safronov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkəcək.

Qeyd edək ki, Safronov NATO ölkələrinin kəşfiyyatı ilə əməkdaşlıqda, onlara məxfi məlumatlar ötürməkdə ittiham olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol